24 Oktyabr 2024 13:07
287
ŞOU-BİZNES

Nüşabə Musayeva: “Onlar şəxsi münasibətlərə görə böyük qalmaqallar yaşayırlar”

Hər zaman maraqlı açıqlamalarıyla yadda qalan Nüşabə Musayeva bu dəfə də diqqə çəkib.

Adalet.az xəbər verir ki, müğənni onu incidən insanlardan danışıb:

“Heç kəs təklənmiş deyil. İnsan öz abrını qormaq istəyib, həyasına sığınanda elə bilirlər zəifdir. Onu dəstəkləyən heç kəs yoxdur. Ancaq qətiyyən elə deyil. Heç kəs ot olub yerdən çıxmayıb ki. Hər kəsin arxa-dayağı var. Amma abırsız hərəkət edib, özünü insanların gözündən salmaq olmaz. Hamımızı xalq dolandırır. Yəni sənətkarı el saxlayar. İnsanlar bəzən sənət üzərində deyil, şəxsi münasibətlərə görə böyük qalmaqallar yaşayırlar”.

Əntiqə