26 Oktyabr 2024 22:51
280
DÜNYA

İsrail İrana bu qırıcılarla HÜCUM EDİB - FOTO

İsrail İrana cavab zərbələri çərçivəsində havalanan qırıcılarının görüntülərini yayıb.

Adalet.az xəbər verir ki, təqdim olunan kadrlarda qırıcı təyyarələrin dəqiq zərbələrə uçuşa hazırlığı əks olunub.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İrana çoxsaylı raket hücumları həyata keçirib və bununla da bu ayın əvvəlində İslam Respublikasının kütləvi hücumuna cavab verib.

İsrail Müdafiə Qüvvələri İranın raket istehsal edən obyektlərinə, eləcə də raket sistemlərinə zərbələr endirib. İsrailin Hərbi Hava Qüvvələri İrana gecə hücumu zamanı 100-dən çox təyyarədən istifadə edib.