28 Oktyabr 2024 10:33
87
DÜNYA

Türkiyədə İŞİD əməliyyatı - 200-dən çox insan saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror qruplaşmasına qarşı  GÜRZ-23 əməliyyatı keçirib. 

Adalet.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Yerlikaya terror təşkilatı İŞİD-ə qarşı 45 vilayətdə həyata keçirilən əməliyyatlarda 216 şübhəlinin ələ keçirildiyini açıqlayıb. Saxlanılan şəxslərin əvvəllər təşkilat daxilində məsul fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib. Onlar barəsində istintaq başladılıb.