28 Oktyabr 2024 11:53
112
DÜNYA

İsrail İranın hərbi potensialını zəiflədir

Oktyabrın 26-da İsrailin müdafiə ordusunun hücumları nəticəsində, İran uzaqməsafəli zenit raket batareyalarından məhrum olub. "Qalley TSAXAL" radiosunun bununla  bağlı yaydığı məlumatlara görə, hücumlar nəticədində  iki ədəd rusiya istehsalı S-300 hava hücumundan müdafiə sistemi və bir ədəd yenilənmiş İran variantı məhv edilib. Həmçinin uzaqməsafəli radiusua məxsus radarlar da  məhv edilib. 

 Mətbu orqanın məlumatlarına görə, İran uzun müddət müdafiə potensialından məhrum olub. Bildirilir ki, İranın hazırda yerli istehsal gücünə məxsus yaxınməsafəli bir neçə müdafiə batareyası qallb. 

 Qeyd olunur ki, Tehran yaxınlığındakı və İranın qərbində yerləşən hava hücumundan müdafiə sistemləri ciddi zərbə alıb.

 Məlumat üçün bildirilir ki,  hazırda İranın iki mindən artıq uzaqməsafəli raketi var. Ekspertlərin fikirincə "İran elə hücum ərəfəsində İsrailə 200-ə qədər ballistik raketlə  cavab verə bilərdi. Lakin Tehran hələ ki, cavab verməməyə üstünlük verib".

 İranın Ali dini rəhbəri əyarulla Əli Xamenei bəyan edib ki, "İsrailə İranın  hansı hərbi gücə malik olduğunu göstərıcəyik".

Rüstəm Hacıyev