Çaqqalın biri imiş...
Biz bəzən layiq oldu, olmadı, bir adamı o qədər tərifləyirlər ki, az qala onun kölgəsinin qarşısında da baş əyək.
Və həmin adam da özündən razı halda camaata yuxarıdan aşağı baxır.Bəzən də bir adamı o qədər pisləyirik ki, hamı onu görəndə elə bil ki, qutuda ilana rast gəlir.Kim onu görürsə, çoxları ondan qaçır ki, bir daha pis insanla üzləşməsin.Aylar, illər keçir, hər iki adamın iç üzü açılır.
Bir daha aydınlaşır ki, yaxşı dediyimiz və kölgəsinə baş əydiyimiz adam o qədər də yaxşı insan deyilmiş. Sən demə, o, çaqqalın biri imiş...Amma pis deyib, qamçıladığımız, görəndə üz çevirdiyimiz insan o qədər də keyfiyyətsiz adam deyilmiş, əksinə yaxşı dediyimizdən min dəfə dəyərli imiş.
Ona görə də, hər hansı insan haqqında tələm-tələsik qərar çıxarıb, yaxşı və pis adam deməyin. Çünki insan çiy süd əmib və onu qısa zaman kəsiyində tam tanımaq mümkün deyil!
Emil Faiqoğlu
Digər Xəbərlər
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

