Hər həkimə inanmayın
Azərbaycanda savadlı və vicdanlı həkimlər kifayət qədərdir.
Amma savadsız , dələduz həkimlər də az deyil. Və belə həkimlər bəzən televiziya kanallarında reklam da olunurlar. Ona görə də çalışıb belə həkimlərin toruna düşməməliyik. Amma onların toruna düsənlər var. Salyan rayonunda zəhmətkeş bir oğlan tanımadığı bir həkimin yanına gedib, o da onu özəl klinikalardan birində analiz verdirib və analizin nəticəsindən sonra deyib ki, sən xərçəng xəstəliyinə tutulmusan.
Həkim ona resept yazıb , pasiyent də gedib bahalı dərmanlar alıb. Nə başınızı ağrıdaq, dələduz həkim bu kasıb adamın on bir min manatın əlindən alaraq mənimsəyib. Sonradan oğlan dövlət xəstəxanasında müayinə olunub və analiz verib. Məlum olub ki,o, xərçəng xəstəsi deyil.
Özəl klinikadan da bildirirlər ki, bizdə elə həkim işləməyib, sadəcə olaraq həkim xəstənin tanışı olub və onu evində müalicə edib. İndi səhv diaqnoz qoyulmuş pasiyent həkimdən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Bütün bu məsələlər isə məhkəm müstəvisində həll edilməlidir və deyilənlər hüquqi təsdiqini tapsa, həkim dələduzluq maddəsilə cinayət məsuliyyətinə cəlb edilməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02


Bakı -°C

