Saxta diplomlar
Ölkəmizdə saxta diplomla işləyən çoxlu sayda vəzifəli şəxslər var.
Ümumtəhsil məktəblərində diaqnostik qiymətləndirmə keçirilərkən saxta diplomla fəaliyyət göstərən yüzlərlə müəllim aşkarlandı. Onların əksəriyyəti təhsil sahəsindən uzaqlaşdırılsa da, bu gün də saxta diplom işləyən müəllimlər var.
Sadəcə olaraq onların arxası olduğuna görə, məktəb direktorları və Regional Təhsil İdarələrin rəhbərləri onların fəaliyyətinə göz yumurlar. Və bir də saxta diplomla işləyən təkcə müəllimlər deyil ki. Elə çoxlarının gözü müəllimləri görüb. Bu gün hansı ixtisas sahibini tərpətsən orada saxta diplomlu kadrlar üzə çıxar.
Səhiyyə, mədəniyyət, iqtisadiyyat, hüqüq- mühafizə orqanlarında çalışanların diplomları yoxlanılsa, çox nöqsanlar üzə çıxar. Və bu gün səhiyyənin müxtəlif sahələrində işləyən həkimlərin diplomlarının yoxlanılmasına böyük ehtiyac var. Hərə bir kurs açıb və dörd - beş ay təhsil verir, sonra da kursu bitirənlər bağlı ya diplom, ya sertifikat verir. Ki, bu adam tibb işçisidir. Onları da dövlər və özəl xəstəxanalar işə götürür. Heç adi ixtisas dəyişmə də düzgün aparılmır.
Belə ki, terpevt altı ay kurs keçir, kardioloq olur. Belə kardioloqlar da pasiyentlərin başına oyun açır. Hansı ixtisasda yaxşı pul qazanmaq olursa, ikinci ixtisas kimi çoxları o yolu seçir. Və nəticədə xoşagəlməz bir vəziyyət yaranır! Bir sözlə, təhsil işçiləri kimi, digər peşə və sənət sahiblərinin diplomları yoxlanılmalıdır. Ki, görək, onların diplomları saxtadır, yoxsa, qanuni!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

