Şəlalə Camal: Görmədim sevgində mən üzağardan
Qırmızı yanağım boğanaq olub,
Bilmirəm qaradır, ya alatoran.
Həyatım boyu dərd göyərdib məni,
Görmədim sevgidə mən üzağardan.
Yarpaq tək solalı həyata küsdüm,
Gözlərimə hər gün qaranlıq çökdü.
Sən də boynundan at, mən də yan qaçım,
Bəs onda hardandır bu dərdin kökü?
Qıvrıla - qıvrıla əzab içində,
Xürrəm yaşamağı necə unutdum.
Zülmət gecələrin qış qucağında,
Ağ qara qarışan sanki yuxuydum.
Digər Xəbərlər
29 Noyabr 2026 12:47
Bir cüt ulduzlu paqon, bitməyən ata intizarı…
28 Noyabr 2026 17:30
O, bir də şeirin başına dönməyəcək... - Qulu AĞSƏS yazır
28 Noyabr 2026 12:21


Bakı -°C

