Tarif Şurası millətin belin qırdı...
Bizim ölkəmizdə bir Tarif Şurası var, ancaq öz mənafeyini düşünməklə məşğuldur.
Yəni axşam yatıb səhər oyanıb görürsən ki, bütün kommunal xidmətlər bahalaşıb. Heç bu millət Tarif Şurasından yaxşı bir şey görməyib, ancaq xalqın ziyanına onların çıxardığı qərarları görüb. Ölkə Prezidenti cənab İlham Əliyev xalqın qayğısına qalır, pensiyanın, təqaüdün, müavinətlərin artılması ilə bağlı sərəncam imzalayır. Ona görə də bu xalq cənab Prezident çox istəyir. Tarif Şurası isə Yeni ildə əhaliyə sürpriz edərək işığın, qazın, suyun, istiliyin qiymətini qaldırdı.
Bu addımı atmaqla məlum qurum millətin belin qırdı. Və bu da əhalinin əsəblərı ilə oynamaqdan başqa şey deyil! Xüsusilə də istiliyin qiymətinin 15 qəpikdən, 30 qəpiyə qaldırılması çox böyük narazılığa səbəb olub. Heç abonentlər 15 qəpikdən olan borcları verə bilmir. Mənim əlimdə siyahı var, bizim binada yaşayan sakinlərin 60 faizi istilik borcunu ödəməyib.
Hələ elə abonent var ki, bu borc 400- 500 manatı keçib. Bəs belə olduğu halda kvadratı 30 qəpiyə olan istilik borcunu onlar neçə ödəyəcəklər?! Bax əsas məsələ də elə budur! Və burda , deyəsən xoruzun qiyməti görünür. Deməli, qiymətlər qalxarkən əhalinin mövcud maddi durumu nəzərə alınmayıb! Tarif Şurasının addımı isə insanların narahatlığına və narazılığına səbəb olub!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Dekabr 2025 16:27
Prezidentlərin görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edilib
09 Dekabr 2025 14:59
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
09 Dekabr 2025 12:35
Bakıda üç gün leysan olacaq - XƏBƏRDARLIQ
09 Dekabr 2025 12:12
Onlara leytenant rütbəsi veriləcək
09 Dekabr 2025 12:12
Bu zabitlərin dinc dövrdə xidmət müddəti azaldılır
09 Dekabr 2025 12:09
Daxili qoşunların hərbçiləri bu hallarda odlu silahdan atəş aça biləcəklər
09 Dekabr 2025 11:42
Bu şəxslər göstərilən tibbi xidmətlərə görə ödədiyi ƏDV-nin bir hissəsini geri alacaq
09 Dekabr 2025 11:39


Bakı -°C

