Bir ayda iki dəfə qazpulu gəlir...
Bütün xidmət sahələri hər ay bir dəfə abonentlərə ödənişlə bağlı qəbz göndərir.
Yeganə xidmət sahəsi " Azəriqaz" dır ki, ayda iki dəfə abonentlərə borcla bağlı qəbz göndərir. Bir neçə dəfə də bizim əraziyə xidmət edən nəzarətçi Qardaşov bir ayda iki dəfə borcla bağlı qəbz verib. Onsuz da biz hər ay vaxtında tez olaraq bu borcu ödəmişik. Və bir mövcud qanunla borc bir ay müddətində ödənilməlidir. Biz isə bir aydan tez ödəyirik. İradımızı nəzarətçi Qardaşova bildirəndə o dedi ki, bunu mənə rəisimiz deyir və mən də rəisin tapşırığın yerinə yetirirəm.
Ona qayıdıb bildirdik ki, qanun rəisin göztərişindən üstündür və ona deyin ki,ayda iki dəfə qəbzin verilməsinə görə, abonentlər narazılıq edir. Bizim narazılığımızdan sonra tay nəzarətçi Qardaşov ayda bir dəfə borcla bağlı qəbz verir.Axır ki, deyəsən, rəis bizi başa düşdü. Min şükür! " Azəriqaz"ın əhali ilə diğər problemi smart-kart cihazlarının mexaniki sayğaclarla əvəzlənməsidir. Məsələn, smart - kart sayğaclar olanda ayda beş manat ödəyirdik.
Bir ildir ki, mexaniki sayğaclara keçilib, hər ay 8 manat ödəyirik. Niyə? Əhalini bu qədər də aldatmaq olarmı! Hər adamdan ayda uç manat artıq pul alınsa, bu, milyonlarla pul eləyir. Və bu əməliyyatın özü ən böyük iqtisadi cinayətdir. Bunun qarşısınsa , hələlik , alan yoxdu!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44
“Növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var”
08 Oktyabr 2026 23:35
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...
08 Oktyabr 2026 14:11


Bakı -°C

