Yazıq Maştağa camaatı...
Bakının qəsəbələrinə hərəkət edən avtobusların çoxu fiziki və mənəvi cəhətdən qocalıb.
Yeni el dilində demiş olsaq, istismar müddətin bitirib. Və bundan da ən çox əziyyət çəkən yazıq Maştağa camaatı olur.Bilirsiniz niyə?! Çünki onlar hər gün bu köhnə avtobuslarla mənzil başına getməlidirlər! Belə marşrutlardan biri də 131 nömrəli avtobusalardır. Bugünlərdə yolum Maştağaya düşmüşdü və elə oldu ki, həmin avtobuslardan birinə əyləşməli oldum. Hava da soyuq idi. İçəri daxil olan kimi bir boş yer tapıb, oturdum. Və dəqiqə hiss etdim ki, avtobusun istilik sistemi işləmir.Çünki salonu biz kimi idi.
Üstəlik də oturacaqlar sınıq- salxaq və həddindən artıq çirkli vəziyyətdə idi.Hələ bu da hamısı deyil.Belə ki, avtobuslar dayanacağa çox gec gəlir.Təbii ki, belə bir natəmiz və sınıq- salxaq avtobuslarda qəsəbəyə gedib- gəlmək hər bir sərnişindən möhkəm əsəb və dözüm tələb edir. Yazıq Maştağa camaatı bu soyuq qış günlərində mənzil başına bu avtobusla necə gedirlər?! Hər halda , adiyyatı qurumlar bu barədə ciddi düşünməli, sərnişinlərın problemlərini vaxtında həll etməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər
07 Noyabr 2026 20:01
Gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
07 Noyabr 2026 17:25
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyi keçirilib - FOTOLAR
07 Noyabr 2026 14:37
Prezident Zeytun müəssisəsindəki şəraitlə tanış oldu - Zeytun ağacı əkdi + FOTOLAR
07 Noyabr 2026 14:05


Bakı -°C

