Qapını hər adama açmayın
Hər qapı döyənə qapı açmaq olarmı? Təbii ki, olmaz! Ona görə olmaz ki, bilmirsən , o , qapı döyən kimdir və nə məqsədlə sənin qapını döyür.
Xüsusilə də Bakıda və respublikamızın digər böyük şəhərlərində insanlar daha diqqətli olmalıdır. Ən çox oğurluq cinayətini həyata keçirmək istəyən kriminal elementlər qapını döyərkən müxtəlif xidmət sahələrinin adından istifadə edirlər; ya deyirlər işıq idarəsindən gəlmişik, ya deyirlər, qaz idarəsindən gəlmişik, ya da deyirlər su idarəsindən gəlmişik. İnsanlar da onların dediklərinə inanır və qapını açırlar. Görürlər ki, gələn deyilən xidmət sahəsindən deyil, bıçağı onun boğazına dirəyən cinayətkardır. . Bir dəfə bizim tanıdığımız adamlardan birinin başına belə bir hadisə gəlib. O, qapını döyənin dediyinə inanıb və qapını açıb. Sonra da görüb ki, bu adam oğurudur.
Qışqırıb haray salıb, qonşular köməyə gəlib və oğru görüb ki, yaxalanacaq qaçıb aradan çıxıb. Ona görə də əhalinin bu sahədə də maariflənməsinə böyük ehtiyac var. Polis də dəfələrlə vətəndaşlara bildirib ki, hər adama qapı açmayın. Yaşayış yerlərində, binalarda kameraların quraşdırılması bu qəbildən olan cinayətlərin azalmasına səbəb olub. Deməli, insanlar da bir qədər diqqətli olmalı, hər qapı döyənə qapı açmamalıdır.Tanmadığınız adama qapı açarsınız, sonra başınız ağrıyar!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59
Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib?
01 Oktyabr 2026 11:58
Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
01 Oktyabr 2026 10:12


Bakı -°C

