19 Yanvar 2025 20:20
159
HADİSƏ

Yol polisi ağır vəziyyətdə olan qadın sürücünü vaxtında xəstəxanaya çatdırdı

Yanvarın 19-da  Bakı- Quba  avtomobil yolunun  Yol Patrul Xidməti Alayının birinci tağımının  stasionar postunda  özünü pis  hiss edən xanım sürücü avtomobili saxlayaraq orda xidmət aparan yol polisi əməkdaşlarından kömək istəyib.  

Birinci tağımın əməkdaşları, polis baş leytenantı  Vasif Mirzəyev və  polis baş serjantı Şükür  İsgəndərov qan təzyiqi  qalxmış  qadını  YP 99- 994 nömrəli xidməti avtomobilə əyləşdirərək   Sumqayıt Şəhər  Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Yol polisi əməkdaşları onu xərəkdə  palataya qədər aparıb və son ana qədər xəstənin yanında olublar.

Həkimlər onu müayinə edib, təzyiqin ölçüb lazımi tibbi müdaxiləni vaxtında həyata keçiriblər və bundan sonra xəstə özünü yaxşı hiss edib, evinə yola salınıb. Xəstənin həyat yoldaşı  Nəriman Abbasov həyat yoldaşına göstərdiyi köməkliyə  görə,  hər iki yol polisinə  təşəkkür etməklə yanaşı, Daxili İşlər Naziri, general - polkovnik cənab Vilayət Eyvazova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general- mayor  cənab Ramiz  Zeynalova öz təşəkkürünü bildirir.

O deyir ki, mənim həyat yoldaşımı yol polisləri vaxtında xəstəxanaya çatdırmasaydı, çətin ki, həkimlər onu sağalda bilərdilər. Biz xalqına belə sevgi ilə yanaşan və ona gömək  edən polislərimizlə   fəxr edirik və deyirik: Allah Azərbaycan Polisini qorusun!

Emil Faiqoğlu