Bakıda 8 şagird saqqızdan zəhərləndi
Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Adalet.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
***
Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə. F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
17 Yanvar 2026 10:57
Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı - VİDEO
16 Yanvar 2026 10:40
Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür - VİDEO
16 Yanvar 2026 10:02
Yük maşını ilə motosiklet toqquşdu - Rusiya vətəndaşı öldü
15 Yanvar 2026 13:30
Sabah hava necə olacaq?
15 Yanvar 2026 10:47
Universitet vəfat edən tələbələrlə bağlı məlumat yaydı
15 Yanvar 2026 10:03
Bakıda tələbə qız vəfat etdi
14 Yanvar 2026 11:52
Güclü küləyin fəsadları - Bakıda 6 ağac aşdı
13 Yanvar 2026 13:26


Bakı -°C

