24 Yanvar 2025 13:44
88
AVTOMABİL

36 nömrəli marşrutda nələr baş verir?!  

Bu gün Bakıda bərbad vəziyyətdə olan marşrutlar var.

Onlardan biri də 36 nömrəli marşrutda işləyən avtobuslardır.  Bir faktı qeyd edək ki, bu avtobusların demək olar  ki,hamısı  köhnədir və istismar müddətin çoxdan başa çatdırb.Ona görə də  həmin avtobusalardan  sərnişinlər çox narazılıq edirlər. Belə ki, avtobuslar arasında hərəkət intervalı  yetərli deyil və buna görə  də dayanacağa gec çatır.

Bununla yanaşı, 36 nömrəli avtobuslar köhnə olmaqla bərabər, həm də  oturacaqları sınıq- salxaq və həddindən artıq çirklidir. Sərnişinlər avtobusa daxil olanda  təmiz oturacaq axtarır və onu da tapmırlar.Heç elə bil ki, avtobusun salonu yuyulub- təmizlənmir. Bir dəfə o avtobusun birində mənzil başına getdim, amma peşman oldum.

Çünki dayanacaqda nə qədər gözləynədən  sonra avtobus gəldi və salona daxil olanda da əyləşməyə  təmiz bir yer tapmadım. Axırda əlacım kəsilib çirkli bir yerdə əyləşdim. Bax buna görə də sərnişinlər  bu avtobuslardan narazılıq edirlər. Deyirlər ki, avtobusların köhnə olmağı bir yana, qışda istilik sistemləri də normal deyil və işləmir.

Sərnişinlər marşrutun sahibindən və Yerüstü Nəqliyyat Agentliyindən soruşurlar ki,  bu marşrutda avtobuslar nə vaxt yenilənəcək, biz də qışda soyuqdan, yayda istidən  əziyyət çəkməyəcəyik?!

Emil Faiqoğlu