Bakıda yolların genişləndirilməsi tıxacları aradan qaldırmayacaq
Bu gün Bakı şəhərində tıxacların aradan qaldırılması üçün böyük işlər görülür və əvvəllərdə az işlər görülməyib.
Belə ki, yollar genişləndirilib, körpülər, yol ötürücüləri inşa edilib. Bu, məsələni qismən həll etsə də, amma mövcud nöqsanlar yeni də qalıb. Yəni tıxaclar hələ də qalmaqdadır və davam edir. İndi də Bakıda bu tıxacları aradan qaldırmaq üçün dövlət proqramı qəbul edilib və küllü miqdarda dövlət vəsaiti ayrılıb.
Belə ki, Bakıda yeni yollar salınacaq və genişləndiriləcək, metro stansiyaların sayı artırılacaq. Özü də bunlar qısa zaman kəsiyində həyata keçiriləcək! Əlbəttə , bu işləri görmək elə də asan iş deyildir. Ancaq bütün çətinliklərə baxmayaraq, həmin layihələr mütləq gerçəkləşdiriləcək. Amma gəlin onunla razılaşaq ki, Bakıya hər ay, hər il gələnlər daha da çoxalır. Üstəlik də , nəqliyyat vasitələrinin sayı bir qədər də çoxalır. Ona görə də tıxac probleminin tamamilə həll edilməsi sual altındadır.
Problemin çıxış yolu isə ya paytaxtı köçürmək, bu da mümkün olmadıqda isə ali məktəblər və nazirliklər şəhərdən bir qədər uzağa köçürməyə ehtiyac var. Bizcə, bundan sonra Bakıda tıxacların qarşısını tamamilə almaq mümkün olacaq. Bax onda sürücülərin də canı dincələcək, xidmət sahələrinin də !
Emil Faiqoğlu
Digər Xəbərlər
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

