Bu il heç qar yağmadı...
Hər il Yeni il gələndə insanlar sevinirlər ki, bu il qar görəcəklər.
Hələ biz uşaqları demirik. Onlar pəncərədən həyətə boylanır, qarın yağmadığını görüb dilxor olurlar. Bax beləcə qışda hamı qarın yağmasını səbirsizliklə gözləyir. Qar da yağmır ki, yağmır. Dekabr və yanvar ayı mülayim kecdi, də sanki yaz havası idi. Artıq kiçik çillədi. Yəni fevral ayıdır.
Hidirometeoroloqlarsa, bildirirlər ki, fevralda havanın temperaturu aşağı düşəcək, soyuq olacaq, bir sözlə, qar yağmaq ehtimalı var! Hər halda, kiçik çillə həmişə özünə göstərib. Qar yağsa, həm insanlar sevinər, həm də hava təmizlənər və müxtəlif viruslar məhv olar!
Emil Faiqoğlu
Digər Xəbərlər
01 Fevral 2025 17:45