Özünü avtomobilin altına atanlar
Bəzən ya sürücünün, ya da piyadanın məsuliyyətsizliyi üzündən yolu keçən adamın avtomobillə vurulması hadisəsi baş verir.
unları başa düşmək olur. Amma onu başa düşmək olmur ki, kimlərəsə, məqsədli şəkildə pul qazanmaq üçün özlərini avtomobilin təkərləri altına atırlar. Yəni sürücünü şərləyib ondan pul qoparmaq istəyirlər. Və bəzən də onların bu hiyləsi baş tutur. Başqa sözlə demiş olsaq, baş ağrısı olmamaq üçün bir çox halda sürücülər onları maşından düşüb, təkərin altından çıxarır və " yaxşı qurtardım" - deyib istədikləri pulu verir.
Artıq bu cür adamlar sürücülərə şər atmağı özlərinə peşə seçir və bu çirkin yolu davam etdirirlər. Bu yaxınlarda televiziya kanallarının birində belə bir görüntü göstərildi. Belə ki, bir maşın çox aşağı sürətli hərəkət edir və yolun kənarında duran bir piyada isə qaçıb çox ehmalca təkərin altında uzanır. Heç avtomobil ona toxunmur da. Ətrafdakılardan isə kimsə, onu havadarlıq edir, daha doğrusu ona qahmar çıxır.
Sanki hər şey bir ssenari kimi qəbul əvvəlcədən qurulub və məlum olur ki, bu peşəkar adam şərləyib pul almaq istəyən piyadanın növbəti oyunudur.Artıq bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları da məlumatlıdır.Belə hallar təhqiqat və istintaq zamanı təsdiqini taparsa, onların özləri haqqında cinayət işi açılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, Toğrul Nəsirli deyir ki, avtomobil yollarında belə faktlar baş verəndə heç şübhəsiz həmin hadisə tam araşdırılır. Yəni günahın piyada da, yaxud da, sürücüdə olması konkret faktlar və dəlillər vasitəsilə aydınlaşdırlır və bundan sonra hadisəyə hüquqi qiymət verilir.Bir sözlə, əgər sübut edilsə ki, piyada sürücünü şərləyir, bax onda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir.Təbii ki, T. Nəsirlinin dediklərini nəqliyyat ekspertlər də təsdiq edir!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Oktyabr 2026 13:51
Bu il 9 velosipedçi yol qəzasında ölüb
08 Oktyabr 2026 22:40
Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır
08 Oktyabr 2026 20:31
Həmin çobanın atası da eyni yerdə MİNAYA DÜŞDÜ
08 Oktyabr 2026 17:38
Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - VİDEO
08 Oktyabr 2026 16:36
Cəbrayılda mina partladı - Xəsarət alan var
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44


Bakı -°C

