14 Mart 2025 14:19
65
AVTOMABİL

Nasaz avtomobil yolda qalırsa...  

Biz tez- tez istər magistral, istərsə də şəhərdaxili yollarda  avtomobillərin sıradan çıxıb yolun ortasında qaldığını görürük.  Belə nəqliyyat vasitələri tıxac yaratmaqla yanaşı, qəza şəraitinə də rəvac verir.

Nasaz avtomobillərin sürücüləri təhlükəsizlik qaydalarına da bəzi hallarda əməl etmir, qəza  nişanlarından yarallanmır,qəza işığın yandırmır, bir sözlə, təhlükəsizlik qaydalarına biganə yanaşırlar. Bu da bayaq dediyimiz kimi, hər qəzaların baş verməsinə münbit şərait yaradır. Bakı şəhərində də  belə hallarla tez- tez üzləşirik!  Xüsusilə də gecə saatlarında belə vəziyyət yarananda digər nəqliyyat vasitələrinin sürücüləri çıxılmaz anlar yaşayırlar.

Daha doğrusu, qəza  işarəsindən və işığından  istifadə etməyən sürücülər başqalarını pis vəziyyətdə qoyurlar və nəticədə  diğər avtomobil  nasaz olub yolda qalmış avtomobilə çırpırır.Və ölüm , xəsarət alma baş verir. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, nasaz avtomobillər yolda qalarkən  sürücülər tərəfindən bütün təhlükəsizlik tədbirləri vaxtında  görülməlidir və həmin nəqliyyat vasitəsi avtomobil yolundan  götürülməlidir.

Həmin avtomobil yoldan götürülməyənə  kimi qəza təhlükəsi qalır. Belə vəziyyətdə digər nəqliyyat vasitələrinin sürücüləri də diqqətli olmalıdır. Birmənalı olaraq hər bir sürücü çalışmalıdır ki, belə şərait baş verməsin. Əgər baş verirsə, ona qarşı qabaqlayıcı tədbirlər görülməlidir!

Emil Faiqoğlu