Çiçəkləri şaxta vurdu...
Hələ elə ağaclar var ki, fevralın ortalarında çiçəkləmişdi
Çox uzağa getməyək. Metronun " Xalqlar dostuluğu" stansiyasının yaxınlığında, daha doğrusu, Babək prospektində bir albalı ağacı var, fevralın əvvəllərində çıxəkləmişdi.Hər gün işə gedəndə də, qayıdanda da, o ağacın yanından keçirəm. Ağac bir çiçək açmışdı ki, adam ona baxmaqdan doymurdu. Eləcə də martın ortalarında əksər ağaclar çiçəkləmişdi.Amma bayram günlərindən başlayaraq havalar soyudu, şaxta düşdü, hətta bölgələrə qar da yağdı.Bu çiçəklər belə soyuğa, şaxtaya dözə bilərdi.
Ona görə də , onların çoxunu soyuq, şaxta məhv elədi. Hansı ki, o çiçəklərdə mayalanma gedirdi. Və mayalanmanın ortasında soyuqlar çiçəkləri dondurdu. Bu isə o deməkdir ki, don vuran çiçəklər meyvəyə çevrilməyəck . Kənd təsərrüfatı üzrə ekspert İnşallah Hüseynov deyir ki, belə hadisə hər yaz mövsümündə baş verir. Sadəcə olaraq daha dözümlü ağaclar sonradan özünü bərpa etməyi bacarır və bol məhsul verir. Elə ağaclar var ki, onlara aqrotexniki xidmətlər vaxtında göstərilmir.
Bax belə ağaclar həm soyuğa davamlı olmur, həm də az məhsul verir. Ona görə də ruhdan düşmək lazım deyil və ağaclara vaxtında aqrotexniki qulluq göstərilməlidir. Onda məhsul da bol olacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Yanvar 2026 11:52
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürüldü - VİDEO
09 Yanvar 2026 10:55
Bakıda “Opel” yandı - VİDEO
09 Yanvar 2026 10:11
Bakıda məktəbdə müəllim direktor müavinini DÖYDÜ
08 Yanvar 2026 18:11
Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı
08 Yanvar 2026 12:09
Abşeronun bu ərazilərində işıq olmayacaq
08 Yanvar 2026 11:37
Cəbrayılda yanğın törədən şəxs saxlanıldı
08 Yanvar 2026 11:29
Muğanlı-İsmayıllı yolunda qəza - Sürücünün həyat yoldaşı öldü
07 Yanvar 2026 16:06


Bakı -°C

