Bunlar qadağandır

Son vaxtlar bir çox avtomobillərdə xüsusi çoxavazlı və sayrışan işıq siqnalları quraşdırılıb.
Bu qanuna zidd hərəkətlərlə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirliyə müraciət etdik. O dedi ki, " Yol hərəkəti haqqında" Qanunun 74- cü maddəsinə əsasən , müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinə çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır.
Belə hallar aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342-9-cu maddəsinə əsasən , 500 manatdan, 800 manatadək cərimə nəzərdə tutulur. Eyni zamanda sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda , İnzibati Xətalar Məcəlləsinin 96- cı maddəsinə əsasən , sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.
Göründüyü kimi, hər bir sürücü qanuna birmənalı olaraq əməl etməlidir. Əgər o, qanunu pozarsa, heç vaxt məsuliyyətdən yayına bilməyəcək.Ona görə də qanuna əməl etmək tutduğu vəzifədən asılı olmayaraq hamının borcudur!!!
Emil Faiqoğlu