Usta görsən mənə de...
Bir dostum neçə ildir ki, mənzilinin eyvanında bir balaca təmir işləri gördürmək istəyir, amma yaxşı bir usta tapa bilmir.
Əvvəllər bir usta tapmışdı və o usta da gəlib evinə baxmışdı. Demişdi ki, arada imkan olan kimi eyvanı təmir edərək. Dostumuz da. Surxay ustanın dediyinə inanıb, onu düz iki il gözləyib.
Və iki ildən sonra Surxay deyib ki, Moskvadayam, gələn kimi işə başlayacağam. Surxay isə gəlib çıxmaq bilmir, düz iki ildir ki, dostumuzu aldadır. Axırda hər yerdən əli üzülən dostumuz deyir ki, ta mənim Surxaya inamım qalmayıb, yaxşı usta görsən mənə deyərsən! Sözün açığı bu usta tayfasına bir o qədər də etibarım yoxdu. Qorxuram birini ona yönəldəm, o da yalançı çıxa. Və mənim də üzüm dostumun yanında qara ola!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Noyabr 2026 22:37
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - FOTOLAR
23 Noyabr 2026 14:59
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
23 Noyabr 2026 11:52
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
23 Noyabr 2026 10:45


Bakı -°C

