15 May 2025 09:00
614
MƏMLƏKƏT

Top atdılar oyanmadım...

Bizim millət çox bərk yatan xalqdır. Başqa millətlər güllə səsinə oyanır, amma bizim millət nəinki güllə səsinə, heç top səsinə də oyanmır!  İnanmırsınız? Onda bir mahnı var , onun sözlərini yada salıram:    Qalada yatmış idim, Top atdılar oyanmadım...      

Başqa bir top da var: dolu dağıdan! Bax o toplar indi deyəsən yoxdu, yoxsa var, biz bilmirik. Bildiyimiz odur ki, Sovet dönəmində o toplardan  geniş istifadə edilir, bulud yığılan kimi,o topu atır, bulud dağılırdı.Yəni dolunun indiki kimi yağmasına imkan verirmirdi və təsərrüfatlara, taxıla, mer- meyvəyə  bu qədər ziyan dəymirdi. Sovet hökumətini hamı söyür, amma onun yaxşı işləri də vardı. Bax həmin yaxşı işləri çox təəssüflə ki, biz  davam etdirmirik. .

Elə  götürək dolu dağıda  topları. Heç kimə sirr deyil ki,  hər il dolunun yağması nəticəsində təsərrüfatlara böyük ziyan dəyər.Əfsuslar olsun ki, adiyyatı qurumlar uzun illər keçsə də, bu məsələni həll edə bilmir. Bu işlər o qədər çətindir ki, onu  yoluna qoymaq  mümkün olmasın!  Sadəcə olaraq əgər dolu dağıdan toplardan istifadə edilsə, ölkəmizdə  kənd təsərrüfatı məhsulları  məhv olmaz və bolluq yaranar.

Heç şübhəsiz, bolluq da olanda, qiymətlər ucuzlaşacaq. Biz adiyyatı qurumların yadına saldıq! Həmin problemləri həll etmək isə onların səlahiyyətli daxilindədir!!!

Emil Faiqoğlu.