AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı yeni layihənin icrasına hazırlıq işləri görülür. 2024-cü ildə uğurla həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin bir növ davamı kimi nəzərdə tutulan bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşlərində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.
Layihədə əsasdiqqət Qərbi Azərbaycan aşıqlarının dastanr epertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldiləcək.uradayaradılmış və aşıqların repertuarında zaman-zamanmühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq ki, həmaşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıqmühitlərinin nə qədər böyük rol oynadığı barədə dahageniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə dəgənc aşıqlar bu dastanlarla yaxından tanış olmaqimkanı qazansınlar.
Emil Faiqoğlu
Digər Xəbərlər

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin- FOTOLAR

Şəmistan Əlizamanlının ifası məşhur serialda - VİDEO

“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib

Kuklaçılar “DEMMENİFEST”də

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir - FOTOLAR
