30 Iyul 2025 09:21
73
AVTOMABİL

Bəzi sürücülər qaydaları pozmaqda...  

 Hər gün Bakıda və respublikamızın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verir.

Təbii ki, bu da yol polisini , eləcə də, ictimaiyyəti narahat edir. Deməli, buradan belə bir məntiqi nəticə çıxır ki, hələ də bəzi sürücülər yol hərəkəti qaydalarını pozmaqda davam edirlər. Heç şübhəsiz ki, bu cür qayda pozuntular sonda xoşagəlməz hadisələrlə  nəticələnir! Ona görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  əməkdaşları hər cür qayda pozuntularına qarşı qabaqlayıcı tədbirlər həyata keçirir. İdarənin Yol Patrul Xidməti Alayının beşinci tağımının  əməkdaşları xidmət apardıqları küçə və prospektlərdə davamlı olaraq kobud  qayda pozuntularına yol verən  sürücülərə qarşı sərt mövqe tuturlar.

Onlar  sərxoş və avtoxuliqanlıq edən  sürücüləri tez bir zamanda dayandırır və barələrində qanunamüvafiq ölçü götürürlər. Beşinci tağımının komandiri, polis mayoru  Nurlan Əliyev deyir ki, havaların çox isti keçməsinə baxmayaraq, biz öz vəzifə borcumuzu məsuliyyətlə yerinə yetiririk.Öncə istər kobud qayda pozuntularına və digər qanunu pozanlara qarşı ciddi tədbirlər görürük.

Sərxoş və avtoxuliqanlıq edən sürücülər at oynada bilmirlər.Və bir də biz sürücülərin daim maarifləndirilməsini ön plana çəkirik.Səmimi söhbətlər və isti münasibətlər öz müsbət nəticələrini verir. Ancaq özündən razı , təkəbbürlü sürücülərlə qanunun sərt dili ilə danışırıq! Bir daha sərxoş və avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edərək deyir ki, onlar bu yoldan çəkinsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Əks - təqdirdə belələrinə heç bir güzəşt olmayacaq, arxalarında kimin dayanmasında asılı olmayaraq, saxlanılacaq və məsuliyyətə cəlb ediləcəklər!!!

Emil Faiqoğlu