Kəndli niyə mal- qara saxlamaq istəmir?
Gələn onunla razılaşaq ki, ölkəmizdə kənd adamlarının mal- qara və qoyun- quzu saxlamağa bir o qədər də marağı, həvəsi yoxdu. Bəs niyə? Niyesi odur ki, indi əvvəlki kimi örüs, otlaq sahələri yoxdur.
Bununla yanaşı, artıq kəndli məcbur olub, o heyvanlara həyətyanı sahələrdə saxlayır. Bu isə birmənalı olaraq həmin adamlar üçün əlverişli deyil.Əgər otlaq sahələri , örüşlər yoxsa, hansı mal- qaranı, qoyun- quzunu saxlamaqdan söhbət gedə bilər. Örüş yeri olmayanda qışa yem də toplamaq çətinləşir. Hər rayonda min hektarlarla torpaq sahəsi, otlaqlar hansısa, pullu adamlar tərəfindən ələ keçirilib.
Onların min hektarlarla torpaq sahəsi var, amma kəndlinin beş hektar torpağı yoxdur. Belə olanda hansı, ədalətdən, haqdan danışmaq olar? Bax ona görə də , kənd adamları imkansızlıq üzündən mal- qara saxlamırlar. Sonra da deyirik ki, bəs mal- qoyun əti niyə bahalaşır! Bax , sadaladığımız səbəblər üzündən bahalaşma baş alıb gedir.
Əgər kəndliyə belə ögey münasibət bəslənilsə, mal və qoyun ətinin qiyməti bundan sonra da bahalaşcaq və onun qarşısını almaq mümkün olmayacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Oktyabr 2026 19:00
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
26 Oktyabr 2026 12:28
Sabah hava necə olacaq?
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13


Bakı -°C

