Sənin alın yazındı bu Vətən...
Hər bir yeni kitab bir işıqdır, bir nurdur. Və yer üzünü, insanların qəlbini , ürəyini işıqlandırır! Adam var ki, bir gün kitab oxumasa, ürəyi partlayar. Bu mənada kitab bizə hava, su, çörək kimi çox lazımdır.
"Sənin alın yazındı bu Vətən... " kitabı da belə dəyərli, unikal bir kitabdır. Bu kitab Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, " Şöhrət" ordenli, professor Məhərrəm Qasımlıya həsr olunmuş elmi məqalələr, filoloji dəyərləndirmələr, publisist yazılar, müsahibələr, müəllifə həsr olunmuş şeirlər və təbriklər toplusudur.
Topludakı yazılar təqribən son qırx ildə Məhərrəm Qasımlı- Orxan Paşa haqqında mətbuatda gedən , ekran- efirdə yer alan materialların seçilmiş örnəkləridir. Bu kitab görkəmli alim və şairin ömür yolu, elm və sənət axtarışlarının əsas istiqamətləri , folklora, ozan- aşıq mədəniyyətinə qeyrətkeş və qədirşünas münasibəti barədə dəyərli bir qaynaqdır.Onun da qeyd edək ki, kitabda bu yazının müəllifinin də professor Məhərrəm Qasımlı barədə beş məqaləsi çap olunub.
Kitabı hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktorları filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir. Yazımızı professor Məhərrəm Qasımlının ( Orxan Paşanın) bu fikirləri ilə tamamlayırıq:" Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməllər, hərəkət və davranışlarını görən Dərbənd camaatı elə bilsin sən də Dərbəndlisən , lənkəranlı sən Lənkərandan, gəncəli səni Gəncədən, naxçıvanlı səni Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan , zəncanlı Zəncandan, borçalı Borçalıdan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin.
Sevginlə , əməlinlə Vətən boyda görünəsən , Vətənin hər yerindən görünəsən ".
Emil Faiqoğlu
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

