“BMT problemlərin əksəriyyətini həll etmək iqtidarında deyil” - Politoloq
“BMT Baş Assambelyasının hər ilin sentyabrında keçirilən sessiyalarına üzv dövlətlərin liderləri və xarici işlər nazirləri qatılırlar. Liderlər Baş Assambelyadakı çıxışlarında ölkələrinin xarici və təhlükəsizlik siyasətlərindən, o cümlədən əsas beynəlxalq problemlərdən danışırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, BMT sessiyada səsləndirilən problemlərin əksəriyyətini həll etmək iqtidarında deyil:
“BMT nə Rusiya-Ukrayna müharibəsini, nə də İsrailin Qəzzadakı hərbi əməliyyatını dayandıra bilir. Liderlərin əksəriyyəti BMT çərçivəsində islahatların aparılması vacibliyindən də danışırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sessiyadakı çıxışlarında hər dəfə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” fikrini səsləndirir. Ancaq bu çağırışlara rəğmən, nə BMT-də islahatlar aparılır, nə də Təhlükəsizlik Şurasının üzvlərinin sayı artır. Çünki, daimi üzvlər sıralarının genişlənməsini istəmirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Oktyabr 2026 11:05
“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:30
“Türkiyə-Azərbayacan prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir”
22 Oktyabr 2026 10:23
Günay Əfəndiyeva: "İşbirliyimizi daha da gücləndirməliyik"
22 Oktyabr 2026 10:21
Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir - Politoloq
22 Oktyabr 2026 10:13
“Cəmiyyətin taleyinə biganə yanaşmamalıyıq...”
22 Oktyabr 2026 08:20
“Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir”
21 Oktyabr 2026 23:00


Bakı -°C

