“Mənim özümə belə bir medallar təklif edilib” – Hərbi ekspert
“Dəfələrlə yerli mətbuatda bəzi Qeyri-Hökumət Təşkilatları tərəfindən saxta orden, medal və veteran vəsiqələrinin hazırlanması, onların bəzən müharibə ilə əlaqəsi olmayan şəxslərə təqdim edilməsi barədə məlumatlara rast gəlirik. Bu barədə mən dəfələrlə mətbuatda da çıxış etmişəm və bu addımların yolverilməz olduğuna diqqət çəkmişəm. Mənim özümə də dəfələrlə belə bir medallar təklif edilib. Bu medallar qarşılığında ödənişin olmayacağı deyilib. Lakin mən bunlardan imtina etmişəm və tam əksi olaraq bu məsələlərin tənqidçilərindən biri olmuşam”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, ilk olaraq 3, 4 nəfər tanınmış şəxsə və yaxud da yüksək rütbəli zabitlərə bu orden və medallar təklif edilirdi bəziləri bunu alırdılar və sonradan bu ordeni digərləri də almağa meyl göstərirdi:
“Belə bir sxem mövcud idi. Artıq düşünürəm ki, bundan sonra saxta orden və medalları, veteran vəsiqələrini gəzdirən şəxslər də heç olmasa belə saxtakar QHT rəhbərlərinin toruna düşməyəcəklər. Onların verdiyi orden, medal və vəsiqələrin heç bir hüquqi dəyəri yoxdur, onlara vəsait xərcləməyə də dəyməz. Düşünürəm ki, orden, medal və veteran vəsiqəsini yalnız dövlət vətəndaşa təqdim edə bilər. Digərlərinin təqdimatını tamamilə ləğv etmək lazımdır. Çünki bundan sui-istifadə edənlər çoxdur. Araşdırılsa, yəqin ki, başqa QHT-lərin də belə qanunsuz fəaliyyətlərə yol verdiyi aşkara çıxarılacaq. Daha əvvəllər bəzi QHT-lər, xüsusi ilə də adında veteran, vətən, müharibə, şəhid ailəsi olan həmin təşkilatların “reketçilik”lə məşğul olduqlarına dair kifayət qədər mətbuatda ciddi siqnallar olub. Ümid edək ki, bütün bu saxtakarlıqlara birdəfəlik son qoyulacaq”.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Yanvar 2026 10:00
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 Yanvar 2026 09:30
2026-nın ilk uşağı doğuldu
01 Yanvar 2026 09:27
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
01 Yanvar 2026 09:17
Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb
31 Dekabr 2025 15:43
Bu tarixdən qar yağacaq, yollar buz bağlayacaq
31 Dekabr 2025 15:19
Nazirlik yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi
31 Dekabr 2025 15:17
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
31 Dekabr 2025 15:04


Bakı -°C

