“Hadrutun azad olunması hücum coğrafiyamızı genişləndirdi”
Xəbər verdiyimiz kimi, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edilib. Hadrutun azad edilməsi müharibənin taleyində kilid rolunu daşıyan əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb.
Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistan tərəfi Hadrutun ikinci eşalon olaraq müdafiəsinə çox böyük önəm verirdi:
“Çünki Hadrut artıq kifayət qədər yüksək hündürlüyə malik dağlarla əhatə olunurdu. Digər tərəfdən Hadrutun Azərbaycanın nəzarətində keçməsi bizim hücum hücum coğrafiyamızın genişlənməsinə səbəb olurdu. Digər tərəfdən isə Hadrut həm Xocavənd, həm Füzuli, həm də Cəbrayıla gedən təminat və təchizat yolları üzərində yerləşirdi. Hadrutun ətrafında olan 18-ci diviziyanın bütün bölmələri məhz bu ərazidən idarə olunurdu. Xatırladıram ki, Hadrutun özündə Ermənistan ordusunun 18-ci diviziyasının qərargahı da yeləşirdi. Başqa sözlə desək Hadrutun azad olunması həm hücum coğrafiyamızı genişləndirirdi, həm də bizim Xocalıya və Şuşaya gedən yolumuzun açılmasına gətirib çıxarırdı. Bir sözlə, Şuşanın azad olunması məhz Hadrutun azad olunmasından sonra mümkün idi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 17:03
"Qaçqınkom"dan "Qobu Park"dakı binalar barədə iddialara MÜNASİBƏT
10 Yanvar 2026 15:00
FHN əhaliyə müraciət etdi
10 Yanvar 2026 13:09
Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10
AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
09 Yanvar 2026 14:21


Bakı -°C

