“Ermənistan Baş naziri “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir”
“Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə və sülh sənədinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoydu. ABŞ bu prosesdə Zəngəzur dəhlizini — TRİP marşrutunu nəzarətə götürməklə Qərb və Şərqi birləşdirən Orta Dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazanır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Regionda sülh və təhlükəsizlik üçün əsas təhdid hələ də Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası, həmçinin Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunlarıdır. ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır. Bunun üçün Vaşinqton N. Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş dəstək verir. Ermənistan Baş naziri artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını “Qarabağsız Ermənistan” şüarı üzərində qurur. Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam “Miatsum” ideologiyasının rəsmi şəkildə iflası və Rusiyanın 200 illik “Qarabağ kartına” vurulan mühüm zərbədir. N. Paşinyan “Real Ermənistan” konsepsiyasını önə çəkərək “tarixi Ermənistan” ideyasından faktiki imtina edir. Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra isə Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirməsi istisna deyil. Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Buna görə də Moskva Ermənistanda Kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək Paşinyanı devirmək planları qurur. Öz növbəsində, Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Rusiyanın siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır”, - deyə politoloq bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Fevral 2026 21:00
Ərdoğan: Türkiyə regionda sülh və sabitlik üçün çalışır
02 Fevral 2026 20:44
ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
02 Fevral 2026 20:30
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
02 Fevral 2026 20:00


Bakı -°C

