“Uşaqlığını "eşşəkbeli" oynayaraq keçirən nəsil elə bilir ki...”
“Cəmiyyətin dilimiz deyib narahat olduğu məsələ, əslində, dilimiz deyil, nitqimizdir. Son yüz ildə dilimizə başqa dillərdən "ekskavator", "kombayn", "kompüter" kimi çox az söz gəlib. Nitqimiz isə əməlli-başlı söz zibilliyidir. Nitqimizi zibilləyən sözlərin demək olar ki, heç biri dilimizə keçə bilməyib. "Uje", "Prosto", "ok" və s. kimi nitqimizdə hər gün istifadə etdiyimiz sözlərə dilimizdə rast gəlmirik. Dil düşüncəmizin nitqidir. Nitq düşüncəmizin emalı”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Yazıçı bildirib ki, emal prosesində bizdə təkcə nitqdə yox, hər şeydə qatqı çoxdur:
“Kolbasamız nə gündədirsə, nitqimiz də o gündədir. Dilə yeni sözlərin gəlməməsi mümkün deyil. Məsələn, ölkəyə ekskavator, kombayn, kompüter gəlibsə, bunun adı da gəlməlidir. Ya da biz tayfanı yığıb həyatımızı rahatlaşdıran bu alətlərə öz dilimizdə ad qoymalıyıq. Prezidentin cümləsinin əvvəlində "əgər" şərt gücləndiricisi var: "Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa..." onun başqa dildən alınmasına ehtiyac yoxdur. Əgər o kəlmə yoxdursa necə? Baxıram ki, əksər dil təəssübkeşləri bu "əgər"i gözardı edib yenə linqvistik təmizlik işinə girişiblər”.
Yazıçının sözlərinə görə, Səməd Vurğun kimi dili təmiz, xəlqi olan bir şair belə "Muğan" poemasında "ekskavator" sözündən imtina edə bilmir:
“Çünki dövrü yazırsansa, dövrün öz dilində yazmalısan. Bu, zamanın yox, dilin tələbidir. İndiki uşaqların telefonda oynadıqları oyunlar var, hamısının adı əcnəbi dillərdədir. O uşaqlar böyüyüb heç vaxt "çiling-ağac", "dirədöymə" sözlərindən istifadə etməyəcəklər, öz uşaqlıqlarını bu əcnəbi oyun adlarıyla xatırlayacaqlar. Uşaqlığını "eşşəkbeli" oynayaraq keçirən nəsil elə bilir ki, Azərbaycan dili hələ də oradadır. Deyilsə də, qaytarıb aparıb orada dama salıb qapısını bərk-bərk bağlamaq lazımdır. Gələcək nəsil internetdə böyüyür, dildən danışanda ora baxmaq lazımdır. Yeni nəsillərin böyüdüyü mühitdə dilimizə aid neçə söz var? Cavabı verilməli olan sual budur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Iyul 2026 01:07
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası
09 Iyul 2026 10:52
İyunun “Ulduz”u çapdan çıxdı
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00
Varlı olmayanlar ehtiyatlı olsunlar - Pərvanə Bayramqızı yazır
06 Iyul 2026 09:07


Bakı -°C

