Zeytun yağının qiyməti ceyran belinə çıxıb
Zeytun yağının xeyiri haqqında çox danışmaq olar.Belə ki, bu yağdan istifadə ürək- damar və diabet xəstələri üçün daha əlverişlidir. Çünki heyvan mənşəli yağlara nisbətən bu bitki yağında xolesterin daha azdır.
Ona görə də , onun alıcıları və istifadəçiləri son illər bir xeyli çoxalıb. Elə bəlkə də buna görədir ki, son 4-5 ayda zeytun yağının da qiyməti bahalaşıb. Və biz də həmişə bu yağdan istifadə edirik! Çox İtaliya istehsalı olan 5 litrlik zeytun yağı alırıq. Ancaq bəzən bu yağdan da tapmaq olmur.
Axırıncı dəfə bu zeytun yağının 5 litrinə Yeni Günəşlidəki " Rahat"marketdə 50 manat vermişdik. Lakin sonradan da , bu məhsullar qəhətə çıxdı!!! " Ballı" marketdə isə bu məhsullar lap yoxa çıxdı. İki litrlik bu zeytun yağını " Ballı" da 36 manata satırdılar. Başqa zeytun yağını , daha doğrusu, 5 litrlik zeytun yağını " Ballı" da 78 manata qoymuşdular. Ümumiyyətlə, bu marketdə hər şey daha baha qiymətə satılır.
Gedib " Rahat" marketdəki zeytun yağlarına baxdıq . Və orda aztardığımız İtaliya istehsalı olan 5 litrlik zeytun yağını tapdıq. 59 manat , 60 qəpik verib o yağı aldıq. Hansı ki, " Ballı" marketdə bu çəkidə zeytun yağını 78 manata satışa qoymuşdular! Siz Allah , bu qədər də qiymət fərqi olarmı??? Görünür, olar! Niyə olmur!!! Hər halda , belə özbaşınalıqların və hərc-mərcliyin qarşısı vaxında alınmalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

