“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
““Kitab mükafatı" adı, məncə, uğurlu deyil. Əgər bu, dövlət qurumunun təşkilatçılığı və maliyyəsi ilə başa gəlirsə, nəyə görə keçmişdə uzun müddət ali ədəbi təltif kimi mövcud olmuş "Azərbaycan Respublikasının Dövlət Mükafatı" adını daşımasın? Pul dövlət büdcəsindən çıxmırmı? Qələm əhlinə qarşı belə qısqanclığı başa düşmək olmur”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
Onun sözlərinə görə, halbuki, bu dövlətin azadlığı və müstəqilliyi uğrunda mübarizənin ən qanlı yerində bütün dövrlərdə məhz qələm adamları - yazıçılar və şairlər duraraq can qurban veriblər:
“İkinci, nəyə görə Mədəniyyət nazirinin müavini "gənc yazarlarla" görüşdə ədəbi mühitimiz üçün vacib olan bu məsələni gündəmə gətirib qərarlaşdırır? Məncə, o vəzifələrə göydən düşmüş çinovniklərin Azərbaycan istiqlalı uğrunda uzun illər boyu həm ideoloji, həm fiziki, həm də mənəvi mübarizə aparmış yaşlı nəsil yazıçı və şairlərlə görüşməyə, yumşaq desək, nəfəsi çatmaz. Ona görə gedib "gənc" axtarırlar. Mən rəhbəri olduğum QHT adından Mədəniyyət Nazirliyinə iki il dalbadal ədəbi layihə təqdim etmişəm. Layihəni maliyyələşdirməməkləri bir yana dursun, bunlar - bu harın, konyunkturçu və ədəbiyyatdan bixəbərlər, öz qərarları haqda layihə müəlliflərinə xəbər verməmək qədərində mədəniyyətsiz və nankordurlar. Ona görə bu qurumun təşkilatçılığı ilə keçirilən müsabiqələrdə həqiqi ədəbi dəyərlərin axtarılıb tapılacağına və mükafatlandırılacağına şübhə edirəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Iyul 2026 13:13
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37


Bakı -°C

