IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir
Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında ( Festivalul Internațional de Proză „Quadrat”) ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.
Adalet.az xəbər verir ki, tədbir çərçivəsində festivalın əsas nəşri sayılan “Quadrat” jurnalının xüsusi antologiya nömrəsində yazıçının “Nərgiz” hekayəsi rumın dilində oxuculara təqdim olunub.
15–18 oktyabr tarixlərində təşkil olunan mötəbər ədəbi forum Moldova Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Kişineu “Mihai Eminescu” Mədəniyyət İnstitutu, Yaş Bələdiyyəsi, eləcə də Moldovanın Yazılı Mədəniyyət Fondunun dəstəyi ilə baş tutur. Festivalın direktoru tanınmış moldovalı yazıçı Nikole Spetarudur. Festivala dəstək olan şəxslərdən biri də həmyerlimiz tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzovdur.
Rumındilli ədəbi xəritədə xüsusi çəkiyə malik olan Beynəlxalq “Quadrat” Nəsr Festivalı ilk dəfə 2018-ci ilin noyabrında Moldova Yazıçılar İttifaqı və Mədəniyyət Fondunun təşəbbüsü ilə təsis olunub. Ölkədə müasir roman və hekayə janrının inkişafını, xarici ədəbi mühitlərlə birbaşa əlaqələri təşviq etmək məqsədi daşıyan layihə ilk buraxılışından etibarən beynəlxalq status qazanıb.
Festivalın fəlsəfəsi onun adında gizlənib. Təşkilat komitəsinin rəhbəri Nikolaye Spatarunun qeyd etdiyi kimi, “Quadrat” yalnız həndəsi dördbucaqlı fiqur deyil, həm də dörd fərqli tərəfin, müxtəlif istiqamət və dünyagörüşlərinin kəsişdiyi ədəbi görüş məkanıdır. Sərhədləri darmadağın edən ədəbiyyat bu dördbucağın içindən çıxaraq xalqlar və mədəniyyətlər arasında möhkəm körpülər qurur.
Digər Xəbərlər
04 Noyabr 2026 11:50
Sözün və ruhun vəhdəti
04 Noyabr 2026 11:46
“Dünya İradə və Təsəvvür kimi” - Firidun Ağazadə yazır
04 Noyabr 2026 11:22
"Bir ömrün arxasınca qalan ülviyyət..." - Nicat Kolan yazır
03 Noyabr 2026 13:38
Əbülfət Mədətoğlu Poeziyasına Ədəbi-Bədii Baxış
03 Noyabr 2026 13:05
YADDAŞIMI ÖLMƏYƏ QOYMAYAN XATİRƏ - Kamran Nəzirli yazır
03 Noyabr 2026 13:02
“Ulduz”un oktyabr sayı - Xaqani Şirvanini - 900
03 Noyabr 2026 10:23
Əbülfət Mədətoğlu: TƏLƏSDİ BU PAYIZ
02 Noyabr 2026 22:01


Bakı -°C

