Rusiya bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq - Politoloq
“Rusiya Prezidenti Vladimir Putin “beynəlxalaq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, fondun fəaliyyət məqsədlərini də açıqlayıb:
“Birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdirdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyyə edəcək”.
Politoloqun sözlərinə görə, Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyyə etməyə çalışa bilər:
“Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi. İkinci, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək. Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər tərəfdən Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib”.
E.Şahinoğlu deyib ki, bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək:
“Görünür, Rusiya Prezidenti ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını atırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki, Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrin reallaşdırır, bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Mart 2026 20:00
“Ən böyük əməliyyatlar yaxın vaxtda olacaq” - Trampdan İran üçün şok anons
02 Mart 2026 19:51
Bəhreyn İranın 70 raketini VURDU
02 Mart 2026 19:47
ABŞ ilk dəfə İranda yeni raketdən istifadə edib
02 Mart 2026 19:34
Ərdoğan kanslerlə İrandan danışdı: Mənfi təsir göstərir
02 Mart 2026 19:22
Den Keyn: ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır
02 Mart 2026 19:00
İspaniyadan İrana dəstək: ABŞ-a icazə vermədi...
02 Mart 2026 18:50
NATO ABŞ-İsrail əməliyyatına qoşulacaq?
02 Mart 2026 18:41


Bakı -°C

