adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 14:25
76
ŞOU-BİZNES
A- A+

Məşhur Hollivud ulduzu evində ölü tapıldı

Kino dünyasından şok xəbər yayılıb. Quentin Tarantinonun "Pulp Fiction" filmindəki rolu ilə tanınan Peter Greene ölüb.

Adalet.az xəbər verir ki, Quentin Tarantinonun "Pulp Fiction" filmindəki rolu ilə yadda qalan ulduz aktyor Peter Qrini evində ölü tapılıb.

60 yaşlı aktyorun cansız bədəninin Nyu-Yorkun Aşağı İst Sayd bölgəsindəki mənzilində tapıldığı açıqlanıb. Onun meneceri bu xəbəri təsdiqləyib. 

Aktyorun ölümünün səbəbi hələlik məlum olmasa da polislər şübhəli bir halın olmadığını deyiblər. 

 Bildirilir ki, Peter Greene "Pulp Fiction", "Usual Suspects" və "The Mask" kimi filmlərdə rol alıb. O, ümumiyyətlə, pis obrazları canlandırıb.

Onun meneceri və uzun müddətli dostu Qreqq Edvardsın sözlərinə görə, Peter Qrini gələn ilin yanvar ayında Mikki Rurkla birlikdə "Maskotlar" adlı yeni bir layihəyə başlamağa hazırlaşırdı.

Məlumata görə, Peter Qrini aktyor olmazdan əvvəl çətin bir həyat sürüb. 15 yaşında evdən qaçıb bir müddət Nyu-York küçələrində yaşayıb və bəzi pis vərdişlər qoşulub 1996-cı ildə Qrin intihara cəhd edib, lakin sonradan müalicə alıb.

Peter Greene 1990-cı illərin ortalarına qədər aktyorluqla məşğul olmayıb. Onun ilk böyük irəliləyişi "Pulp Fiction" filmində Zed, ardınca isə "The Mask" filmində mənfi obraz Dorian Tyrell rolu ilə baş tutub. Klin həmçinin "Shaven" filmində şizofreniyalı Peter Vinter rolunu canlandırıb. “Adi Şübhəlilər” filmindəki Qırmızıayaq obrazı onun insanların yaddaşındakı yerini möhkəmləndirdi. Aktyorun heç vaxt ailə həyatı qurmadığı bildirilir. 

Vasif ƏLİHÜSEYN