AQTA-nin ayağı yerdə üzülüb, lazımi nəticəni əldə edə bilməyəcək - Ekspert
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında iştirak etməmək üçün əməkdaşlarına qadağa qoyub. Bu haqda verilişin aparıcıları özləri efirdə məlumat veriblər və bundan təəssüfləndiklərini bildiriblər. Verilişin aparıcıları bildiriblər ki, əgər İctimai Televiziyanın efirindən ictimaiyyəti narahat edən bir mövzunu müzakirə ediriksə və əgər bütün bunlardan məsul olan dövlət qurumu ictimaiyyət qarşısına çıxıb bununla bağlı açıqlama vermək istəmir, hələ üstəlik bir verilişdə iştirakı əməkdaşlarına qadağan edirsə, burda həqiqətən sular bulanır kimi bir şübhə yaranır. O zaman istənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik. Ən azından AQTA nümayəndələri efirə gələrək özləri hansı sudan içirlər bu barədə bizə deyə bilərdilər.
Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, çox təəssüflər olsun yeni dövlət qurumu yaradılanda, o cümlədən AQTA 2018-ci ildə yaradılanda biz çox sevinsək də, lazımi nəticələri görə bilmədik:
“İlk günlərdən onlar mediaya və əhali ilə sıx işləyə bilmədilər. Elə olub ki, AQTA əməkdaşları mənimlə olduqları verilişi yarımçıq tərk edib çıxıb gediblər. İctimai nəzarətə dair cənab Prezidentin açıq ifadə olunmuş çağırışları var. Mən həmişə demişəm və yenə də deyirəm ki, ictimai nəzarət yalnız və yalnız kütləvi informasiya vasitələrinin üzərindən həyata keçirilməlidir. İctimai nəzarətlə məşğul olan insanlar, qurumlar, o cümlədən QHT-lər bunu təkbaşına etsələr də heç bir nəticəsi olmayacaq. Bu, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olmalıdır. İctimai nəzarətdən və eləcə də KİV-indən qaçan adamlar deməli bir günah sahibidirlər. Mən dəfələrlə AQTA əməkdaşlarına demişəm ki, gəlin efirə çıxın, siz mütəcəsissizsiniz, mövzuyla bağlı müzakirələrdə qarşı tərəfi, həmçinin məni yerimdə oturdun. Onda da hamı görsün ki, siz məntiqli, ağıllı danışırsınız. Onda mən də bir şey öyrənib yerimdə oturum. Lakin bu baş verməyib, onlar həmişə bundan qaçıblar”.
Ekspert deyib ki, dövlət qurumları yaradılanda onların ayaqları yerdən üzülür, ərşə qalxırlar, insanlarla əlaqə saxlaya bilmirlər və yalnız qapanmaq yolunu seçirlər:
“Nə qədər ki, yeni yaranan dövlət qurumları, o cümlədə AQTA-nin ayaqları yerdən üzülüb onlar lazımi nəticəni əldə edə bilməyəcəklər. Öz əsasnamələrində qarşıya qoyulan məsələlərə, o cümlədən cənab Prezidentin onlara etibar edib və gözlədiyi hədəflərə çata bilməyəcəklər. Çünki hər şeyin kökündə insanlar durur. Qida Təhlükəsizliyi Agentliyində hədəf obyekti insanların sağlamlığı, təhlükəsizliyinin qida ilə təmin olunmasıdır. Ona görə də illərdir ki, küçə kəsimini ləğv edə bilmirlər. Çünki insanların inamını qazana bilmirlər ki, onlar gedib ordan ət almasınlar. Çox təəssüf ki, onlar İctimai Televiziya kimi bir kanalın verilişindən qaçırlar. Bu isə böyük bir səhvdir və bunu düzəltməlidirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Yanvar 2026 18:55
Arzu Əliyeva təşəkkür etdi
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01


Bakı -°C

