“Rusiya-Ukrayna müharibəsində iştirak edən şəxslər şəhid sayıla bilməz”
Xəbər verdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.
Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev dedi ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsində iştirak edən heç bir kəs şəhid sayıla bilməz:
“Şəhid yalnız Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluqçulara və Azərbaycan vətəndaşlarına verilən statusdur”.
Hərbi ekspert bildirib ki, aidiyyatı qurumlarımız bu addımların qarşısının alınması üçün effektiv addımlar atmalıdır:
“Həmin şəxslər şəhid ifadəsini qətiyyətlə istismar etməməlidirlər. Mətubatda və kütləvi informasiya vasitələrində təbliğatlar aparılmalıdır. Həmin şəxslərlə proflaktik söhbətlər və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməlidir”.
Vasif
Digər Xəbərlər
27 Yanvar 2026 13:22
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
27 Yanvar 2026 13:08
Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-hühafizə orqanlarının strateji rolu
27 Yanvar 2026 12:45
Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək
27 Yanvar 2026 11:48
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək - FOTOLAR
27 Yanvar 2026 11:45
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTOLAR
27 Yanvar 2026 11:29
İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR
27 Yanvar 2026 11:23
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər
27 Yanvar 2026 11:16


Bakı -°C

