“Bu yanaşma gələcəkdə digər tərəfdaş ölkələr üçün də...”
“Avropa İttifaqı və Hindistan arasında sərbəst ticarət anlaşması üzrə sənəd imzalanıb. Bu razılaşma “bütün dövrlərin ən böyük razılaşması" kimi xarakterizə edilir. Bu razılaşma çərçivəsində əsasən malların sərhəddən keçidi zamanı tətbiq olunan gömrük rüsumlarının mərhələli şəkildə 90 %-dək azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, texniki, sanitar və fitosanitar tələblərin uyğunlaşdırılması, eləcə də ticarətdə vaxt və xərclərin azaldılması nəzərdə tutulur”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, vergi məsələsinə gəldikdə, hər bir tərəf öz milli vergi siyasətini olduğu kimi saxlayır:
“Bu əksər istiqamətlərdə, xüsusilə, maşın-mexanika, tekstil, alkoqollu içkilər və farmasevtik məhsulların ixracında hər iki tərəf üçün bazar imkanlarını genişləndirəcək. Yəni sektorlar üzrə tariflər demək olar ki, tamamilə azaldılır. Bu da ticarət həcmini artıracaq və hər iki tərəfin şirkətlərinə daha sərbəst bazar imkanları verəcək. Bu sənəd təxminən 2 milyard insanı və qlobal ÜDM-nin 25%ni əhatə edən dünya səviyyəsində böyük iqtisasi bir inteqrasiya şəbəkəsinin qurulması məqsədini daşıyır. Bu razılaşma təxminən 20 illik danışıqlardan sonra, yəni çox uzunmüddətli prosesin sonunda gəlinən bir zirvə nöqtəsidir”.
İqtisadçının sözlərinə görə, razılaşma həm də geosiyasi səbəblərdən vacib sayılır:
“Çünki ABŞ və Çin kimi ölkələrlə ticarət gərginliyi artdığı bir dövrdə Aİ və Hindistan bir-biri ilə daha yaxın iqtisadi əməkdaşlıq qurur. Burada ən diqqət cəlb edən məsələlərdən biri isə odur ki, bu razılaşma Avropa İttifaqının uzun illər tətbiq etdiyi yaşıl tələblər, ekoloji normalar, məhsul keyfiyyəti və qida təhlükəsizliyi üzrə yüksək standartlara yanaşmasında da müəyyən yumşalma yaradır. Qlobal təchizat zəncirlərində risklərin artdığı bir dövrdə Aİ üçün artıq yalnız ideal standartlar deyil, bazarın fasiləsiz və sabit təmin olunması daha ön plana çıxır. Bu yanaşma gələcəkdə digər tərəfdaş ölkələr üçün də presedent yarada bilər. Hazırda bu razılaşma hələ rəsmi qüvvəyə minməyib. Bunun üçün Aİ Parlamentinin, Aİ Şurasının və Hindistanın milli qanunvericilərinin təsdiqi tələb olunur.Buna görə hüquqi baxımdan tam qüvvəyə minməsi ən tez 2027-ə doğru gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34


Bakı -°C

