“Onlarla Azərbaycanın ortaq layihələr həyata keçirməsi də bizim maraqlarımıza...”
“ABŞ ilə Azərbaycan arasında münasibətlər daim müsbət məcrada inkişaf edirdi. Lakin Bayden və Obama administrasiyaları bu münasibətləri kifayət qədər zəiflətdilər, lakin sonunda Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra həm də Azərbaycan ilə Ermənistan arasında sülhün Vaşinqtonda imzalanması ABŞ-Azərbaycan münasibətlərinin kifayət qədər dinamik şəkildə inkişaf etməsinə və sonda strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə nəticələndi”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, ilk dəfədir ki, Azərbaycan ABŞ ilə öz münasibətlərini artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bildi:
“Dünyada baş verən kifayət qədər müharibə və münaqişələr fonunda belə bir müttəfiq ilə Azərbaycanın münasibətlərinin üst səviyyəyə daşınması təbii ki, çox müsbət haldır. Azərbaycan dünyada yeganə ölkədir ki, həm ABŞ, Çin, İsrail, İran, Türkiyə, Asiya dövlətləri ilə və 10-dan çox Avropa dövlətləri ilə münasibətlərini kifayət qədər uğurla davam etdirir. Hətta Rusiya və İranla da Azərbaycan qismən ortaq dil tapa bilir.
ABŞ ilə bir çox sahələrdə - həm təhlükəsizlik, həm hərbi, hərbi-texniki, müdafiə, minatəmizləmə, humanitar, enerji sektoru, kommunikasiya və sair əməkdaşlıq Azərbaycanın həm iqtisadi, həm də hərbi imkanlarını da kifayət qədər artıracaq. Bildiyimiz kimi dünyanın ən güclü müdafiə sənayesi şirkətləri məhz ABŞ-yə məxsusdur. Onlarla Azərbaycanın ortaq layihələr həyata keçirməsi də bizim maraqlarımıza tamamilə uyğun gəlir”.
Hərbi ekspert deyib ki, daha çox ABŞ-dən Azərbaycanın texnologiya transferinə üstünlük verəcəyini düşünü:
“Ərazilərdə birgə müəssisələrin yaradılması prespektivi də mümkündür. Digər tərəfdən isə ABŞ-nin yaxın aylarda azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərində minatəmizləmə proseslərinə də dəstək verəcəyi gözlənilir. İntellekt mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq da mümkündür. Zəngəzur dəhlizinin açılması və ABŞ-nin Ermənistan ərazisindəki bu dəhlizə nəzarəti həyata keçirməsi prosesinin başlaması Qərbi Azərbaycana qayıdış prosesini də sürətləndirəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05


Bakı -°C

