Ermənistanda seçki öncəsi müxalifət güclü deyil – Politoloq
“Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiya vətəndaşı, oliqarx Samvel Karapetyan iştirak edəcək. Baxmayaraq ki, bir müddət bundan əvvəl həbsdən azad edilən və ev dustağı olan S. Karapetyanın yaradılan təsis edilən "Güclü Ermənistan" partiyası tərəfindən namizədliyi irəli sürüləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, ötən il Rusiya S.Karapetyanı Ermənistana göndərməklə, burada Gürcüstanda olduğu kimi ikinci B.İvanaşvili ssenarisini tətbiq etməyi planlaşdırırdı. Amma, N.Paşinyan S. Karapetyanı vaxtında həbs etdirməklə, Rusiyanın layihəsinin qarşısını aldı. Hazırda S.Karapetyanın N.Pasinyanın olduğu dönəmdə Ermənistanda baş nazir olmaq potensial yoxdur.
Rusiya Ermənistanda iki nəfər arasında seçim etməye çalışır. Birini eks-prezident R.Koçaryan və S.Karapetyan. Hər ikisi N.Paşinyanın alternativi olacaq güclü lider deyil. Təbii ki, N.Paşinyan kənara çəkilərsə, S.Karapetyanın R.Koçaryana qalib gəlmək şansı yüksəkdir. N.Paşinyana qarşı olan müxalifət ayrı-ayrı seçkilərə gedir. Bu da Paşinyanın mövqeyini kifayət qədər gücləndirir”.
Onun sözlərinə görə, Paşinyanın Azərbaycanla normal münasibətlər sistemini qurması və sülh gündəliyini təbliğ etməsi onun seçilməsini əsas şərtlərdəndirən amillərdən olacaq:
“Amma, S.Karapetyan və R.Koçaryan Azərbaycanla sülh gündəlyinə qarşıdır. Hər iki şəxs "bərabər, ləyaqətli sülhdən" danışır. Amma, Ermənistan əhalisinə "bərabər, ləyaqətli sülh" formulu nədən ibarət olduğunu təqdim edə bilmirlər. Çünki,R. Koçaryan -S.Sarkisyan və S.Karapetyanın "ləyaqətli sülhü" konsepsiyası Qarabağ məsələsini gündəmə gətirməkdir. Məhz Qarabağ məsələsinə görə ermeni əhalisi müxalifəti iqnor edib.ABŞ, Türkiyə və Azərbaycan Ermənistanda Rusiyanın adamlarının hakimiyyəti zəbt etməsinə imkan verməyəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

