“İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər...” – Politoloq
“Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarının birində ABŞ-İran müharibəsi fonunda “Tramp yolu”nun tikintisinin ləngiyə biləcəyini deyib. İlk baxışdan Paşinyan bu açıqlaması ilə Vaşinqtonun İrana qarşı müharibənin dəhlizin tikintisini arxa plana keçirdiyini demək istəyib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ancaq Paşinyanın bu açıqlamasını həm də Tehranı sakitləşdirməyə çalışması kimi dəyərləndirmək mümkündür:
“İrandakı mühafizəkar qüvvələr İkinci Qarabağ müharibəsi bitən gündən “Zəngəzur dəhlizinin əleyhinəyik” deyirdilər. Onların bu mövqeyi “Tramp yolu” üçün də eynidir. İran sağa, sola dron və raket atsa da, Ermənistana hələ toxunmayıb. Ancaq hazırda İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər. Doğrudur, Tehran illər boyu Ermənistan hakimiyyəti ilə əlbir olub, ancaq Nikol Paşinyanın Qərblə yaxınlığı İrandakı dairələri narahat etməyə bilməz. Paşinyanın “Tramp yolu”nun keçdiyi istiqaməti ABŞ-yə icarəyə verməsi də iranlı genaralların diqqət mərkəzindədir. Odur ki, Azərbaycana dron atanlar Ermənistanı da hədəf seçə bilərlər. Bu Paşinyanı devirmək istəyən Rusiyadakı qüvvələrin, o cümlədən erməni radikalların maraqlarına cavab verər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Noyabr 2026 12:49
Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - VİDEO
02 Noyabr 2026 12:46
QHT-lər həmin məktubu TƏQDİM ETDİLƏR
02 Noyabr 2026 10:52
“Rusiyadan qaynaqlanan təhlükələr də həminkidir...”
02 Noyabr 2026 10:15
Sabah yeni ombudsman seçiləcək
02 Noyabr 2026 10:00
“Tokayev nədən bununla bağlı həyəcan təbili çalıb?” – Açıqlama
02 Noyabr 2026 09:35
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
02 Noyabr 2026 09:24
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
01 Noyabr 2026 12:07


Bakı -°C

