“İran cənubdan bombalananda Şimalından Azərbaycandan humanitar yardım alırdı”
“Bax, təəssüf ki, İran – Azərbaycan məsələsi belə dalğalanmalardan keçərək, bir xeyli qan itirdi. Sonrakı illərin gedişatı da bir xeyli gərgin notlarla yadda qaldı. İranın Qarabağ məsələsindəki mövqeyi, Ermənistana verilən dəstək, Güney Azərbaycana qarşı törədilən hallar və s. bunun örnəkləri idi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, lakin 20-ci əsr tarixinin yaşatdığı çatışmazlıqlar artıq günümüzdə mövcud deyil və ölkəmiz Vətən savaşından sonra başqa bir mərhələyə qədəm qoymuş oldu:
“Prezident İlham Əliyevin Qarabağ qalibiyyəti onu bütün İranda populyar liderə çevirdi, ən əsası Güney Azərbaycan bu zəfərdən təsirlənərək, yeni milli inkişaf, milli kimlik inşası mərhələsinə qədəm qoydu. Bir növ heç bir xarici müdaxilə olmadan özlüyündən iki Azərbaycan arasında güclü bir bağ yarandı və bu Azərbaycan Respublikasının İranın dağıdıcı siyasət xəttinə rəğmən, ərazisindən heç bir qonşusu üçün istifadə edilməsinə izin verməyərək, onlara güclü təhlükəsizlik zəmanəti verdi”.
Politoloq bildirib ki, bu, təkcə İrana aid deyildi, eləcə də Rusiya bu siyasətin qazanclarını görmüş oldu:
“Hazırda davam edən İran – ABŞ savaşı İran cəmiyyətində xalqın sosiologiyasında dərin iz buraxacaq. Dini hakimiyyətin, xalqa ziddiyyətli mövqelərin olmasına baxmayaraq, İrana endirilən bombalardan xalq da nəsibini aldı və bunun geridə qoyduğu böyük bir nifrət buludu olacaq. Təxminən, Şahedlərin Şahidliyi ilə bombalanan ərəb ölkələri tarixdə heç vaxt olmadığı kimi Qüdsün yox, İsrailin Qəzasının ətrafında sıx birləşməyə məcbur olacaqlar. İran xalqı ilə qonşu ərəb xalqlarının düşmənliyi intensiv və geniş müstəviyə keçəcək. Sabitlik hesablaşma mərhələsinə aparacaq: Bizə qarşı o dövrdə hansı qonşu necə davranıb tezisi işə düşəcək. Cənubda İordaniyadan, BƏƏ-dən, Səudiyyədən İranı bombalamaq üçün qırıcılar qalxanda Şimal sərhədlərindən, Azərbaycandan humanitar yardım daşıyan TIR-lar yol alırdı. Bax bu, tarixin heç bir nöqtəsində unudulmayacaq qədər möhtəşəm addım idi. Özü də o qədər möhtəşəmdir ki, 40 il əvvəl erməni işğalının nəticəsində köçkün düşmüş soydaşlarımıza çadır şəhərciklərində yardım gətirib, on illər boyu başımıza qaxanlara da dərs idi. Belə, tarix dərsdir, ibrət dərsi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Aprel 2026 12:16
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda - FOTOLAR
10 Aprel 2026 12:09
"Azərbaycandan qadın paltarında qaçan şəxslər..." - Siyavuş Novruzov
10 Aprel 2026 11:03
Parlamentin növbəti iclası BAŞLADI
10 Aprel 2026 10:17
“Növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər...”
10 Aprel 2026 10:01
TRIPP proqramı ABŞ-ın prioritetlərindən biri olaraq qalır - Dövlət Departamenti
10 Aprel 2026 09:56
“Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir...”
09 Aprel 2026 19:04
Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olundu
09 Aprel 2026 18:46


Bakı -°C

