“Medvedevin təhqirə keçməsinin səbəbi budur”
“Rusiya rəsmilərində ədəb-ərkandan əsər-əlamət qalmayıb, küçə xuliqanları səviyyəsində açıqlamalar verir, xalqların seçdikləri müxtəlif ölkələrin liderlərini təhqir edirlər. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandakı görüşünü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib i, Medvedev hər iki liderin ingilis dili səviyyəsini də məzhəkəyə qoyub:
“Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb. Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ-yə aid dövlətlərin liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Volodimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2026 23:00
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
07 Noyabr 2026 20:37
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” - VİDEO
07 Noyabr 2026 19:58
XİN: Zəfər Günü çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir
07 Noyabr 2026 19:50
Şahbaz Şərif İlham Əliyevi təbrik etdi
07 Noyabr 2026 14:43
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı
07 Noyabr 2026 14:21
Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK EDİB
07 Noyabr 2026 14:03
Prezident onlara ali hərbi rütbələr verdi
07 Noyabr 2026 12:21


Bakı -°C

