“Onun Azərbaycan dövləti, xalqı və dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlər”
“İnsanlar həyatda faydalılığına görə seçilirlər. Cəmiyyətə və dövlətə faydalı olan insanlar hər zaman tarixdə yaşayır, hörmətlə xatırlanır və uca tutulurlar. Cəmiyyətlər və dövlətlər insanlara yalnız niyyətlərinə görə deyil, eyni zamanda ortaya qoyduqları nəticəyə, xidmətə, xalqa qazandırdıqları dəyərlərə görə qiymət verirlər. Tarix dəfələrlə sübut edib ki, xalqına xidmət edən, dövlətinə sahib çıxan şəxsiyyətlər zaman keçsə belə unudulmurlar”.
Adalet.az xəbər verir ki, “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, tarixdə bir çox liderlər, alimlər və dövlət adamları məhz xalqına verdiyi töhfəyə, dövlət quruculuğunda oynadığı rola, sabitlik yaratmasına, elmə, mədəniyyətə və milli dəyərlərə göstərdiyi diqqətə görə yadda qalmış, milyonların hörmətini qazanmışlar:
“Çünki əsl liderlik və tarixi şəxsiyyət olmaq sadəcə müəyyən bir vəzifəni daşımaq deyil, millətin taleyində silinməz iz qoymaqdır. Bizim tarixi şəxsiyyətlərimizdən biri də Ümummilli Lider Heydər Əliyev olmuşdur. Heydər Əliyev dövlətçilik və idarəçilik bacarığı ilə hər zaman seçilmiş və seçilməkdədir. Onun prinsipiallığı, mürəkkəb siyasi şəraitdə uzaqgörən mövqe nümayiş etdirməsi və güclü siyasi iradəsi Azərbaycan dövlətçiliyində mühüm idarəçilik məktəbi formalaşdırdı. Məhz Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik baxışı vasitəsilə müasir Azərbaycanın möhkəm siyasi təməli qoyulmuşdur. O, Azərbaycanı ağır və mürəkkəb dövrlərdən çıxararaq dövlətçiliyin xilaskarına çevrildi, milli birliyi təmin etdi və ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Bu siyasi kurs və dövlətçilik ənənəsi bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə və müasir çağırışlara uyğun şəkildə davam etdirilir.Tarixi şəxsiyyətlərə təsadüfi şəkildə “tarixi şəxsiyyət” deyilmir. Onlar tarixdə iz qoymuş, müsbət keyfiyyətləri, öz millətinə və dövlətinə bağlılığı, xalqa sədaqəti, ləyaqəti və xidmətləri ilə bu zirvəyə yüksəlmiş insanlardır”.
O, bildirib ki, belə şəxsiyyətlər zaman keçdikcə sadəcə bir lider deyil, bütöv bir ideologiyanın, dövlətçilik düşüncəsinin və milli ruhun simvoluna çevrilirlər:
“Bu, danılmaz və dəyişməz bir həqiqətdir.Azərbaycan üçün Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti xüsusi tarixi əhəmiyyət daşıyır. O, həm regionda, həm də beynəlxalq müstəvidə Azərbaycan üçün elə bir siyasi yol və strateji istiqamət müəyyənləşdirdi ki, xalqımız bu gün həmin yolu böyük inam və uğurla davam etdirir. Azərbaycanın bu gün qazandığı uğurların, beynəlxalq nüfuzunun, güclü dövlət modelinin təməlində məhz Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi dayanır.Heydər Əliyevin hakimiyyəti Odlar Yurdu Azərbaycan üçün ən mühüm siyasi mərhələlərdən biri idi. Bu hakimiyyət dövrü dövlətçiliyin qorunması, xalqın gələcəyə ümidinin yenidən bərpası və Azərbaycanın müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi ilə tarixə həkk olundu.Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir. Çünki tarix göstərdi ki, xalqa xidmət edən böyük şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, onların ideyaları isə yaşayaraq gələcək nəsillərə yol göstərir.Allah Ümummilli Lider Heydər Əliyevə rəhmət eləsin, məqamını uca etsin. Onun Azərbaycan dövləti, xalqı və dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlər hər zaman ehtiramla xatırlanacaq, qurduğu siyasi irs isə gələcək nəsillər üçün mühüm bir yol və örnək olaraq yaşayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 18:33
Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12 May 2026 12:57
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib - YENİLƏNİB
12 May 2026 12:08
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
12 May 2026 11:57


Bakı -°C

