adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 10:44
71
ƏDƏBİYYAT
A- A+

“İslam dünyasının inkişafdan qalmasının səbəbi Quranın dilinin məcazlarla dolu olmasıdır”

“Bir Evklid həndəsəsi var, bir də Lobaçevski həndəsəsi. Lobaçevski həndəsəsi əsl şair həndəsəsidir. Lobaçevski özü onu "təsəvvür olunan həndəsə" adlandırırdı. Lobaçevski həndəsəsi gerçəklikdə mümkün olmasa da, təsəvvürdə mümkün ola bilən həndəsi imkanlardır. Məsələn, Evklid, yəni dədə-baba həndəsəsində üçbucağın bucaqlarının cəmi 180 dərəcədir. Lobaçevski həndəsəsinə görə bu cəm azala və ya arta bilər”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, hərdən mənə elə gəlir Azərbaycanın da iki mövcudluq halı var: 

“Biri dədə-baba Azərbaycanıdır, gerçəklikdə mövcud olandır. Digəri "təsəvvür olunan" Azərbaycandır, yəni yoxdur, amma biz onu varmış kimi təsəvvür edə bilərik. Məsələn, bürokratiya, adətən, bu ikinci Azərbaycandan, yəni təsəvvür oluna bilən Azərbaycandan danışır. Ədəbiyyatçı olduğum üçün bunu bürokratiyanın dilindəki yeni məcazlardan hiss edə bilirəm. Məsələn, bürokratik dildə tez-tez belə sözlər eşidirik: "inklüziv", "innovativ", "datamərkəzli", "insan kapitalı" və s. Hələ o gün belə bir ifadə oxudum: "sıfır faiz artım". Gerçəklikdə belə bir artım mümkün deyil. Bir şey sıfırdırsa, sıfırdır. Sıfırla artmaq və ya azalmaq ancaq məcazi dildə, yəni təsəvvürdə mümkün ola bilər. Bu cür ifadələr dilimizə daxil olmuş yeni məcazlardır və təsəvvür olunan Azərbaycanı ifadə etmək üçün istifadə olunur. Çünki gerçəklikdəki Azərbaycanda bu ifadələrin realiteti yoxdur. Gerçəklikdəki Azərbaycan bildiyimiz dədə-baba, yəni Evklid Azərbaycanıdır. Məcazlar gerçək olmayanı ifadə edən sözlər və anlayışlardır”. 

Onun sözlərinə görə, islam dünyasının inkişafdan qalmasının səbəbi Quranın dilinin məcazlarla dolu olmasıdır:

“Bu məcazi dil sonradan islam fəlsəfəsinə, ədəbiyyatına sıçradı və kütləviləşərək müsəlmanı gerçək dünyadan uzaqlaşdırdı. Məsələn, biz Füzulini də məcazi dilinə görə sevirik. Çünki bizi gerçək dünyanın mövzu və məsuliyyətindən azad edir. Bizi fələklərin od tutub yandığı başqa bir aləmə aparır. O aləmdə yanan biz deyilik, fələklərdir. Bizə orada yalnız yanan fələklərin alovunda kabab bişirmək qalır.Hətta hərdən mənə elə gəlir, bizim bürokratiya reinkarnasiyaya məruz qalmız yüzlərlə Füzulidən ibarətdir. Füzuli qayıdıb, həm də çoxalaraq qayıdıb, üstəgəl, bu dəfə vaxtında ala bilmədiyi doqquz axcasının qisasını artıqlamasıyla almaq üçün məmur obrazında qayıdıb.Lobaçevski həndəsəsinə görə bu mümkündür!”.

Vasif ƏLİHÜSEYN