adalet.az header logo
  • Bakı -°C
26 Avqust 2026 11:57
69
SİYASƏT
A- A+

“Heç də gizli saxlanılmayan səfərin rəsmi məqsədi açıqlanmasa da...”

“Dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklif Rusiyaya qəfləti və müəmmalı səfər edib. Hərbi təyyarə ilə Riqadan Moskvaya uçan MKİ direktoru burada cəmi 4 saat qalıb. İndi bütün dünya mediası bu səfərin səbəblərini təhlil edir, Rusiya ilə mümkün müzakirə mövzularını gündəmə gətirirlər”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O, medianın əsasən 3 məsələ üzərində dayandığını bildirib:

“Ukrayna müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq, Baltik ölkələri ilə bağlı mümkün təhlükələr və Kremlin İrana dəstək verməsi.Əlbəttə, gündəlikdə NATO-nun davranışları, Rusiyadakı gizli hərbi səfərbərlik və s. mövzular da ola bilir. Amma bu görüşü ən yaxşı şərh edən ABŞ kəşfiyyatının keçmiş direktor müavini Bet Sanner olub. O, səfərin mümkün mahiyyətini qısaca belə izah edib: “Bəlkə də məqsəd bunu deməkdir: Nə planlaşdırdığınızı bilirik, bunu etməməyiniz daha yaxşıdır”. Beləliklə, heç də gizli saxlanılmayan səfərin rəsmi məqsədi açıqlanmasa da, əsas versiya budur ki, ABŞ Rusiyanı daha böyük dağıdıcı avantüralara getməməyə, o cümlədən NATO ilə bağlı risklərdən qaçmağa çağırıb. Amma beyni qızmış V.Putin bu çağırışları eşidəcəkmi?!”.

Vasif ƏLİHÜSEYN