Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında enerji sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Adalet.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, regionun iqtisadi inkişafında enerji sahəsində əməkdaşlıq həlledici rol oynayır: “ECO-ya üzv ölkələr üçün vahid enerji bazarı strategiyasının hazırlanması zəruridir. Çünki sənaye sektoru bərpa olunan enerjidən istifadə imkanlarını genişləndirməli, bu isə öz növbəsində iqtisadi artımı dəstəkləməlidir. Hazırda Tacikistan bu istiqamətdə yeni iqtisadi artım strategiyasını həyata keçirməkdədir. Elektrik stansiyalarının qurulması və enerji istehsalının artırılması bu strategiyanın əsas hədəflərindən biridir”.
E. Rəhmon əlavə edib ki, enerji mənbələrinin yaradılması həm Tacikistan, həm də ümumilikdə region üçün iqtisadi artımın əsas prioritetlərindəndir: “Tacikistan sənaye sahəsində ölkələrarası əməkdaşlığın inkişafında mühüm tərəfdaş kimi çıxış edir. Əminik ki, birgə sənaye müəssisələrinin yaradılması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik”.
Digər Xəbərlər

Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR

Prezident İsrail-İran qarşıdurmasında Azərbaycanın mövqeyini AÇIQLADI

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
