Tacir Şahmalıoğlu Bakını tərk edir
Müğənni Tacir Şahmalıoğlu yaxın aylarda Bakını tərk edərək Ağdama köçəcəyini açıqlayıb.
Adalet.az xəbər verir ki, sənətçi bu barədə "Evdəkilərə salam" verilişində danışıb.
O bildirib ki, oğlunun toyundan sonra bu qərarı həyata keçirməyi planlaşdırır.
"Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də Ağdama köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-gəlmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır", - deyə ifaçı qeyd edib.
Tacir Şahmalıoğlu bildirib ki, Ağdama köçdükdən sonra uzun illərdir həyata keçirmək istədiyi arzusunu da reallaşdırmaq niyyətindədir.
Onun sözlərinə görə, məqsədi kiçik musiqi məktəbi yaratmaq və gənc istedadların yetişməsinə dəstək olmaqdır.


Bakı -°C

